İran

İranda 440 etirazçı öldürülüb

İranda öldürülən və həbs edlən etirazçıların sayı açıqlanıb. Bu barədə İranın Hüquq Müdafiəçiləri Qrupunun xəbər agentliyi noyabrın 23-i axşam saatlarına olan məlumatı paylaşıb.

İran İnsan Haqları Təşkilatının noyabrın 23-i səəhər satlarına yaydığı məlumatda 17 sentyabrdan 23 noyabr axşam saatlarına kimi İranda davam edən etiraz nümayişlərində 61-i uşaq olmaqla 440 nəfərin hökumət məmurları tərəfindən öldürüldüyünü bildirib.

Bununla yanaşı məlumatda 18059 nəfərin saxlanıldığı, onlardan 3212-nün kimliyi və harada saxlanıldığının dəqiqləşdirildiyi və bunlardan 555 nəfərinin öyrənci olduğu qeyd edilib.

Həmçinin bu müddət ərzində 156 şəhərdə etirazçılar İranın idarəetmə sisteminə qarşı nümayişlər həyata keçirib və 14 universitetin öyrənciləri bu nümayişləri dəstəkləyiblər.

Related Articles

Bir cavab yazın

Back to top button