Bölgə

Bayden hökuməti İrana qarşı yeni sanksiyaların qəbul edildiyini elan etdi

Bu haqda xəbəri dekabrın 7-də Amerika Maliyyə Baxanlığının Xarici Əmlaklara Nəzarət İdarəsi (OFAC) verib.

Amerika dövləti İran İslam Cümhuriyyətinin dövlət, polis və məhkəmə orqanlarının keçmiş və indiki 8 məsul şəxsini, habelə 4 polis və məhkəmə orqanını təhrimlər listəsinə saldığını açıqlayıb.

Bu haqda xəbəri dekabrın 7-də Amerika Maliyyə Baxanlığının Xarici Əmlaklara Nəzarət İdarəsi (OFAC) verib.

İranın Polis Qüvvələri Xüsusi Alayının komandanı Həsən Kərəmi, Özəl Alayın komandanlarından olan Rza Musəvi Əzəmi, “NOPO” (نیروهای ویژه پاسداران ولایت) Xüsusi Alayının komandanlarından Mohsen İbrahimi, SEPAH məmurlarından olan Əli Həmteyan və Məsud Səfdəri, Muhəmməd Kərəmi və digər dövlər yetkililəri, polis məmurları və əmniyət çalışanları təhrimlərlə üzləşiblər.

Daha öncə 2020-ci ilin yanvar ayında Əli Xamenei və onun dəftərxanası (بیت رهبری) ilə bağlantısına görə təhrim olan könüllü “Bəsic” qüvvələri komandanı Qulmarza Suleymani insan hüquqlarını kobud şəkildə pozduğuna görə yenidən təhrim edilib.

Qərçək zindanının rəisi Suğra Xodadadi və 1398-ci ilin aban etirazları zamanı Qüds şəhərinin başçısı olmuş Leyla Vaseqi indiki və keçmiş dövlət və məhkəmə orqanlarının işçiləri olublar ki, Bayden dövləti onları da təhrimlər listəsinə artırıb.

Related Articles

Bir cavab yazın

Back to top button