İran

İranda atışma olub: Ölən və yaralananlar var

İranın Sistan və Bəluçestan vilayətinin Delqan bölgəsinin Kəlanzuhur kəndində silahlı oğrular sakinlərə atəş açıb.

“Aznews tv”xəbər verir ki, bu barədə bölgənin icra başçısının siyasi məsələlər üzrə müavini Xudabəxş Fəqirşahi məlumat verib.

Onun sözlərinə görə, silahlı oğrular bu gün səhər saat 5-də kəndin elektrik naqillərini oğurlamaq istəyiblər.

Lakin kənd əhalisi oğurluq faktını görüb və oğrulara mane olmağa çalışıb. Bundan sonra oğrular insanlara atəş açıb. Nəticədə 2 nəfər ölüb, 2 nəfər isə ağır yaralanıb. Silahlılar hadisə yerindən qaça biliblər.

Qeyd edək ki, İran hakimiyyətinin yarıtmaz idarəçiliyi səbəbindən son illər ölkədə ağır iqtisadi durumun müşahidə olunması cinayət hallarının kəskin artmasına səbəb olub.

Related Articles

Bir cavab yazın

Back to top button