İran

İranda vergidən yayınma bütün ölkənin bir illik büdcəsinə bərabərdir

İranın Baş Müfəttişlik Təşkilatının sədri Zəbihullah Xodayian ölkədə vergidən yayınma hallarının kəskin şəkildə artmasına münasibət bildirib.

“İRNA” xəbər ajansının xəbərinə görə, o deyib: “Hazırda vergi borcları təqribən 224 trilyon tüməndir ki, bu da ölkənin bir illik büdcəsinə yaxındır”.

Xodayian vergidən yayınmanın səbəblərindən birinin şəffaflığın olmaması kimi qeyd edib.

O, habelə ölkənin Vergi Təşkilatında işlərin ənənəvi şəkildə aparılmasını tənqid edərək bu idarədə heç bir yeniliyin olmadığına diqqət çəkib.

Related Articles

Bir cavab yazın

Back to top button