İran

İranda bələdiyyə məmurları səyyar satıcılara hücum edib meyvələrini yola dağıtdı

Mahşəhr bölgəsində bələdiyyə məmurları səyyar satıcılıqla ailəsini dolandıran vətəndaşın meyvələrini yerlə bir edərək yola dağıdıblar.

Mahşəhr bölgəsində bələdiyyə məmurları səyyar satıcılıqla ailəsini dolandıran vətəndaşın meyvələrini yerlə bir edərək yola dağıdıblar.

“Aznews tv” xəbər verir ki, sosial mediada yayılan videoda səyyar satıcı bələdiyyə məmurlarının bu hərəkətinə qarşı “imkan vermirsiniz dolanaq” deyə fəryad edir.

“Xalq nə etsin? Oğurluq etsin?” deyən vətəndaş şəhərdə çoxlu şirkətlərin olmasına rəğmən yenə də işsiz olduqlarından və dolana bilməmələrindən şikayətlənir.

“Əlacsızlıqdan səyyar satıcılıqla məşğul oluruq. Axı bu nə vəziyyətdir? Əhaliyə iş vermədikləri bir yana, insanların işini də məhv edirlər. İnsanlar nə işlə məşğul olsun? Gedib oğurluq etsin?”, – digər narazı vətəndaş etirazını bildirib.

Xatırladaq ki, İranda son dövrlər səyyar satıcılara qarşı bələdiyyə məmurları böyük şiddət göstərir. Onsuz da işsiz və ac olan xalqa qarşı dövlət məmurları da hər cür maneəçilik yaratmaqdan çəkinmirlər.

Related Articles

Bir cavab yazın

Back to top button