Bölgə

“Türkali-1” quyusunda qaz axış testi uğurla tamamlanıb

TPAO (Türkiyə Petrolleri Anonim Ortaklığı) şirkəti Sakarya qaz sahəsindəki “Türkali-1” quyusunda birinci səviyyədə (R2) quyu axış sınağını uğurla başa çatdırıb.

TPAO şirkətinin “Twitter” hesabından edilən paylaşıma görə, “Türkali-1” ultra dərin dəniz təsbit quyusunda 2 min 143 metr su dərinliyində 3 min 920 metr son dərinliyə çatılıb.

TPAO Qərbi Qara dəniz bölgəsindəki Sakarya qaz sahəsində ultra dərin dənizdə yerləşən “Türkali-1” quyusunda ilk quyu axış sınağını tamamlayıb. Test edilən səviyyədə gündəlik 1,15 milyon kubmetr təbii qaz axını təmin edilib.

Test çərçivəsində aparılan təhlillərə və əldə edilmiş məlumatlara əsasən, quyuda gündəlik 2,7 milyon kubmetr təxmini qaz hasilat potensialı var.

Sahədəki quyu axış testləri 2020-ci ildə TPAO inventarına qoşulan “Kanuni” qazma gəmisi tərəfindən həyata keçirilir.

Related Articles

Bir cavab yazın

Back to top button