az

İranda bayram tətillərində səfərlər qadağan edilib

İranda Fitir bayramında səfərlər qadağan edilib. Yeni qərar ölkənin Koronavirusla Mübarizə Milli Qərargahının özəl komitələrinin toplantısında qəbul edilib. Belə ki, ordibehiştin 21-i axşam saat 12-dən ordibehiştin 25-dək bölgələrə səfər etmək qadağandır. Qərargahın toplantısında narıncı və qırmızı məntəqə elan edilmiş şəhərlərdə məhdudiyyətlərin müddətinin uzadılması ilə ilgili də qərar qəbul edilib.
Qeyd edək ki, Koronavirusla Mübarizə Milli Qərargahının Sağlıq və Müalicə Komitəsinin verdiyi açıqlamaya görə, ölkədə mərizliyə yoluxma rekord həddə çatıb.

Related Articles

Bir cavab yazın

Back to top button