İran

İranda bir qrup şəxs gecələr maşınları yandırır

"Həmşəhri" qəzeti yazıb ki, Tehranın Cavadiye məhəlləsində bir qrup naməlum şəxs gecələr vətəndaşlara məxsus avtomobilləri yandırı.

“Aznews tv” Telegram kanalı xəbər verir ki, bu hadisənin dəfələrlə təkrarlandığını qeyd edən sözügedən qəzet Cavadiye Yerli Birliyinin katibinə istinadən yazıb: “Artır bir müddətdir ki, quldur olduğu nəzərə çarpan bir qrup şəxs gecə vaxtı Cavadiye məhəlləsinin küçələrinə gələrək vətəndaşların maşınlarını və ümumi əmlakını yandırırlar”.

Sözügedən birliyin katibi qeyd edib ki, bu hadisə artıq bir neçə dəfə təkrarlanıb və sanki həmin şəxslər bu hərəkətlərlə Cavadiye məhəlləsində əmniyət və asayişi pozmaq istəyirlər. Cavadiye məhəlləsinin polis idarəsinin rəisi polkovnik Mehdi Məcidi də hadisəni təsdiqləyərək məsələnin araşdırıldığını deyib.

Related Articles

Bir cavab yazın

Back to top button