Dünya

İsrail Suriyada SEPAH və Livan Hizbullahının mövqelərini bombalayıb

Suriya hökumətinin ölkənin hava hücumundan müdafiə sistemlərinin İsrailin hava hücumları ilə qarşıdurması barədə açıqlamasından sonra Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb ki, İsrailin endirdiyi zərbələr Sepah-a bağlı yaraqlılara və Livanın Hizbullah qruplaşmasına məxsus mövqelər olub.

“Aznews tv”nın xəbərinə görə, Suriya hökumətinin rəsmi xəbər ajansı (SANA) bildirib ki, ölkənin hava hücumundan müdafiə sistemləri Suriyanın şimal-qərbində yerləşən Həma vilayətinin Məsyaf şəhəri ətrafında İsrailin “düşməm” hücumları ilə mübarizə aparıb və onlardan bir neçəsini vurub.

Sözügedən media hərbi mənbələrdən birinə istinadən qeyd edib ki, İsrail ordusu Livanın şimalımdan hava hücumlarına başlayıb və Suriyanın mərkəzi bölgəsindəki nöqtələri hədəf alıb. Sözügedən hərbi mənbə onu da bildirib ki, İsrailin hava hücumları bir sıra maddi xəsarətlərə səbəb olub.

 

Related Articles

Bir cavab yazın

Back to top button