İran

İranda daha 1 bəluc siyasi məhkum edam edilib

İranda sistemə müxalif olan bəluc təşkilatları ilə əməkdaşlıqda və qətldə günahlandırılan daha bir bəluc siyasi məhkum edam edilib.

İrandakı bəluc mənbələrinin yaydığı xəbərə görə, üç il əvvəl Sistan-Bəlucistan əyalətinin Səravan şəhərində həbs edilən məhkum Əbdülbasit Rigi bu gün səhər saatlarında Zahidan şəhərinin zindsnında dara çəkilib.

Bildirilir ki, edam edilən həmin şəxs bundan əvvəl Sistan-Bəlucistanda yaraqlı bəluclarla hökumət qüvvələri arasında baş verən silahlı qarşıdurmada bir neçə hökumət adamının qətlində, o cümlədən də Səravanın keçmiş cümə imamı Şeyx Əli Dehvarinin qətlində, eləcə də qanunsuz silah daşımaqda təqsirli bilinib.

Qeyd edilir ki, 33 yaşı olan gənc məhkum edam edilərkən evli və 3 uşaq atası olub.

Qeyd edək ki, İran İslam Respublikası ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada 1-ci yeri tutur.

Related Articles

Bir cavab yazın

Back to top button