İran

İranda daha 480 nəfər koronavirusdan həyatını itirib

İranda ötən 24 saaatda 13 421 nəfər koronavirusa tutulub. Bunu İranın Sağlamlıq, Müalicə və Tibbi Təhsil vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, İranda bu virusa tutulanların sayı 801 894 nəfərə yüksəlib. Virus daşıyıcılarından 5 712 nəfərin durumu isə ağır olaraq qiymətləndirilir.
Sima Sadat Lari bildirib ki, ölkədə son 1 gündə daha 480 nəfər koronavirusdan vəfat edib. Bununla da İranda virusdan ölənlərin sayı 42 941 nəfərə çatıb.
Rəsmi məlumata səasən, İranda indiyədək 576 983 nəfər koronavirusdan müalicə olunaraq sağalıb. Vəzirlik rəsmisi İranın 27 vilayətinin qırmızı məntəqə, 4 vilayətinin isə narıncı məntəqə elan edildiyini vurğulayıb

Related Articles

Bir cavab yazın

Back to top button