Cəmiyyət

Movses Akobyan da istefa verib

Ermənistanın müdafiə nazirliyinin hərbi nəzarət xidmətinin rəisi Movses Akobyan istefa ərizəsi yazıb. Bu barədə məlumatı Akobyan özü təsdiqləyib. Belə ki, o, yaxın vaxtlarda keçirəcəyi mətbuat konfransında istefa səbəbini açıqlayacağını bildirib.

Qeyd edək ki, Movses Akobyan ötən il mayın 24-də baş nazir Nikol Paşinyanın qərarı ilə baş hərbi müfəttiş təyin edilib. Bundan əvvəl silahlı qüvvələrin baş qərargah rəisi olub. O, həmçinin Qarabağdakı separatçı rejimin “müdafiə naziri” kimi fəaliyyət göstərib.

Related Articles

Bir cavab yazın

Back to top button