İran

İranda daha 67 nəfər koronavirusun qurbanı olub

İranda son 24 saatda daha 67 nəfər koronavirusdan həyatını itirib. Bu barədə İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari açıqlama verib. Bununla da ölkədə virus qurbanlarının sayı 59 184 nəfərə yüksəlib.
Vəzirlik rəsmisi bildirib ki, İranda ötən bir gündə 8042 nəfər koronavirusa yoluxub. Beləliklə, bu virusa yoluxanların sayı 1 542 076 nəfərə çatıb. Virus daşıyıcılarından 3 684 nəfərin durumu isə ağırdır.
Rəsmi məlumata əsasən, İranda indiyədək 1 317 612 nəfər koronavirusdan müalicə olunaraq sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button