İran

Fəxrizadənin ölümü İran idarəçilik sisteminin bariz nümunəsi kimi

İran hakimiyyəti son dərəcə qapalı idarəçilik sistemə sahibdir. Belə ki, siyasi rejimin demokratik və şəffaf olmaması özəmli məsələlərin gözardı edilməsinə səbəb olub. Ancaq bütün hallarda, idarəçilik sistemindəki problemlər cəmiyyətə də öz təsiri göstərir. Bu təsirlər ölkə ilə cəmiyyət arasındakı münasibətlərdə ciddi çatışmazlıqlar olduğu halda isə, daha qabarıq formada cərəyan etməyə başladı.
Son illər İranda ictimai-siyasi və iqtisadi müşküllərin artması daxili çəkişmələrin daha da gərginləşməsinə yol açır. Bu ixtilaflar bir çox sahələrdə, özəlliklə silahlı qüvvələrlə ittilaat qüvvələri arasında görünür. Davamlı olaraq terror aktlarının baş verməsi isə bunun ən bariz nümunəsi hesab oluna bilər.
Xatırladaq ki, İranın atom fizikası üzrə alimi Möhsün Fəxrizadə azər ayının 7-də Tehran yaxınlığındakı Absərd şəhərində öldürülüb. İran hakimiyyəti ilə yanaşı, bir sıra media orqanları da bu saldırının İsrail tərəfindən həyata keçirildiyini iddia edib. Fəxrizadəyə qarşı sui-qəsdin təşkilindən aylar ötsə də, hələ də tam şəkildə onun kim tərəfindən öldürüldüyü bəlli deyil.
Bir tərəfdən, İranın Difa Vəzirliyi və Silahlı Qüvvələri İttilaat Vəzirliyini ehmalkarlıqda suçlayır. Başqa bir tərəfdən isə, İttilaat vəziri suçu Silahlı Qüvvələrin üzərinə atmağa çalışır. Ötən gün İranın İttilaat Vəziri Məhmud Ələvi bir televizyon yayınında 2 ay öncədən Fəxrizadənin öldürülməsi ilə bağlı gərəkən yerlərə bilgi verildiyini açıqlayıb. Onun sözlərinə görə, hətta alimin ölümündən 5 gün öncə belə saldırının harada baş verəcəyi ilə bağlı məlumatı olub. Məhmud Ələvi, eləcə də əldə olunan bilgiləri başqaları ilə paylaşdığını açıqlayıb. Bundan başqa, Ələvi Silahlı Qüvvələrin terror aktında əlinin olduğunu iddia edib və açıq bir şəkildə məsulları ehmalkarlıqda təqsirləndirib. Buna cavab olaraq, Silahlı Qüvvələr sitadı bir bildiri yayaraq, İttilaat vəzirinin dediyini təkzib edib. Bildirilib ki, Ələvinin iddia etdiyi şəxs Silahlı Qüvvələrin üzvü olmayıb və aylar öncə vəzifəsindən kənarlaşdırılıb. Həmin şəxs İttilaar Vəzirliyi tərəfindən vəzifə və öhdəliklərini layiqincə yerinə yetirməməkdə günahlandırılıb.
İsrail mətbuatı isə Möhsün Fəxrizadənin ölümünün detallarını baş vermiş olaydan sonra paylaşıb. Yayılan materiallarda qeyd olunub ki, alimin ölümündən ən azı 8 ay öncə 20 nəfər iranlı və israilli casus ona yanaşmağa çalışaraq sui-qəsdin təşkilini planlaşdırıblar. İddialara görə, Fəxrizadə qətlə yetirmək üçün bir tonluq silah hissə-hissə ölkəyə gətirilərək burada toplanıb. Sözügedən terror aktı heç bir iz olmadan həyata keçirildiyindən araşdırmaçılar hesab edirlər ki, bu proses bəlli bir müddətdə hazırlıq tələb edib. İran isə bu olayla ilgili heç bir məlumat verməyib. Beləliklə, Tehran hakimiyyəti onun üçün ən önəmli şəxs hesab olunan Fəxrizadəni bütün təhdidlərə rəğmən, difa edə bilmədi. Vurğulayaq ki, atom fizikası üzrə iranlı alimin qətli Tehranda həyata keçirilib. Məsələ ilə bağlı heç bir rəsmi sənəd tapılmayıb, terror aktının iştirakçılarının kimlikləri müəyyənləşdirilməyib.
Qeyd edək ki, İran hökuməti uzun illər ölkədəki çətinliklərin güvənlik məqsədi daşıdığını iddia edir. Hətta öz terrorizm əməliyyatlarına sadə don geyindirməyə çalışır. İdarəçilik sisteminin bölgədə barış və sabitliyin təhlükə altında saxlanılmasına yönəlməsi isə, ölkədəki mövcud durmun daha da kəskinləşməsinə yol açır.

Related Articles

Bir cavab yazın

Back to top button