İran

İranda daha 86 nəfər koronavirusun qurbanı olub

İranda ötən 24 saatda 86 nəfər koronavirusdan ölüb. Bunu İranın Sağlıq, Müalicə və Tibbi Təhsil Vəzirliyinin sözçüsü Sima Sadat Lari deyib. Onun sözlərinə görə, ölkədə bu virusdan ölənlərin sayı 60 353 nəfərə yüksəlib. Ötən 24 saatda 8 525 nəfər koronavirusa yoluxub. Beləliklə, İranda bu virusa yoluxanların sayı 1 656 699 nəfərə çatıb. Virus daşıyıcılarından 3 747 nəfərin durumu ağır qiymətləndirilir. Sadat Lari qeyd edib ki, indiyədək 1 413 717 nəfər koronavirusdan sağalıb.

Related Articles

Bir cavab yazın

Back to top button