İran

Tarixçi alim Dilavər Əzimli vəfat edib

Bu gün tarixçi alim, Bütöv Azərbaycan Ocaqları təşkilatının üzvü Dilavər Əzimli dünyasını dəyişib. 62 yaşlı alim bu gün səhər saatlarında koronavirusdan həyatını itirib.
Dilavər Mirzəkişi oğlu Əzimli 1987-1992-ci illərdə Bakı Dövlət Danişqahının Tarix fakültəsini qırmızı diplomla bitirib. O, 1992-1994-cü illərdə Xarici İqtisadi İlgilər Vəzirliyində aparıcı mütəxəssis vəzifəsində işləyib. 2003-cü ildən Azərbaycan Milli Elmlər Akademiyasının Abbasqulu Ağa Bakıxanov adına Tarix danişkədəsinin “Azərbaycanın orta əsrlər tarixi” şöbəsində çalışıb. Eyni zamanda Azərbaycan Dövlət Pedaqoji Danişqahında “Türk və Doğu Avropa xalqları” bölümünün müəllimi kimi fəaliyyət göstərib. Alimin bu günə qədər 104 elmi əsəri çapdan çıxıb. Dilavər Əzimli milli-azadlıq hərəkatının fəallarından biri olub.
Azərbaycan Mərkəz Partiyasının başqanı Saleh Kamraninin adından Dilavər Əzimliyə Tanrıdan rəhmət, ailəsinə isə səbir arzulayırıq.

Related Articles

Bir cavab yazın

Back to top button