İran

İranda “qan pulu” almaq üçün özünü yaralayanların sayı açıqlanıb

Son 9 ayda İranda “qan pulu” almaq üçün özünə xəsarət yetirənlərin sayı açıqlanıb. Məsələ ilə bağlı ölkənin Pizişki-Qanuni Sazimanının Balini Müayinələr Şöbəsinin başqanı Fərzanə Mehdizadə məlumat verib. Onun sözlərinə görə, həmin müddət ərzində 10 231 nəfər özünə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Araşdırmalara əsasən, həmin şəxslərdən bir qismi qrup davalarında yaralandığını iddia edib, bəziləri isə qəsdən zorakılığa məruz qaldığını söyləyib. Olaylarla ilgili müvafiq məhkəmə orqanlarına müraciət edilərək məsələlərin araşdırılması istənilib. Rəsmi göstəricilərə görə, “qan pulu” almaq üçün bu hadisələrin icraçılarından 7 886 nəfəri kişilər, 2 345-i isə qadınlardır.
İranda bu tip halların sürətlə yayılmasının başlıca səbəbi kimi işsizliyin artması və əmək haqqlarının az olması göstərilib. Belə ki, İslami Şura Məclisinin Araşdırmalar Mərkəzi bu ilin mehr ayında rapor hazırlayıb. Sənəddə yoxsulluq xətti ölkənin müxtəlif şəhərlərində, özəlliklə Tehranda yüksək həddə çatması qeyd olunub. Məlumata görə, yoxsulluq nırxının artımı 1398 və 1399-cu illərdə daha yüksək olub.

 

Related Articles

Bir cavab yazın

Back to top button