İran

İranda daha üç jurnalist həbs edilib

Yanvarın 22-də Tehran Məlika Haşimi Səidə Şəfii, Mehrnuş Zarei adlı üç jurnalist təhlükəsizlik məmurları tərəfindən həbs edilib.

Bu barədə İran İnsan Haqları Təşkilatı və jurnalistlərin yaxınları məlumat yayıb.

Səidə Şəfiinin hara aparılması barədə məlumat verilməsə də, Mehrnuş Zareinin Tehranın Evin zindanına köçürüldüyü bəlli olub.

Məlika Haşiminin isə yanvarın 21-də həbs edilərək naməlum yerə aparıldığı və həbs səbəbləri barədə açıqlama verilmədiyi bildirilir.

Qeyd edək ki, İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, İranda davam edən etiraz aksiyaları zamanı 79 jurnalist həbs edilib.

Saxlanılan jurnalistlər arasında İran hakimiyyətinə yaxın bir neçə media orqanının, o cümlədən “Şərq” qəzetinin əməkdaşlarının da adı var.

Onların bir neçəsi girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər sərbəst buraxılsalar da 33 jurnalist həbsdə saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button