İran

İranda daşınmaz əmlak bazarında durğunluq yaşanır

İranda insanlar daşınmaz əmlakın bahalaşması, nağd pul çatışmazlığı, koronavirusla ilgili iqtisadi durğunluq və sair səbəblərdən ev ala bilmirlər. Bu durum əmlak müşavirlərinin də dolanışığını çətinləşdirib.
Ərdəbil şəhərinin əmlak müşavirlərindən İrəc Rəhiminin sözlərinə görə, son bir ayda daşınmaz əmlak bazarında durğunluq görülür. O, alış-verişin artmasının da bahalaşmaya səbəb olacağını vurğulayıb. Beləliklə, şərait əhali üçün əvvəlkindən də çətin olacaq. Hətta sakinlər evlərin icarə haqqını ödəməkdə belə çətinlik çəkirlər. Əmlak müşavirləri və tikinti işləri ilə məşğul olan sahibkarların fəaliyyətlərini dayandırmasına baxmayaraq, ev qiymətləri hələ də sabit olaraq qalır. Məlumata görə, 100 milyon tümənə satılan 50 metrlik mənzilin qiyməti 500 milyon tümənə yüksəlib. Hazırda sözügedən mənzillər durğunluq yaşanan daşınmaz əmlak bazarında alıcılara 470 milyon tümənə təklif olunur. Ərdəbilin Əmlak Müşavirləri Birliyinin rəisi məsələ ilə bağlı açıqlama verib. Xudaverdi Həzrətinin sözlərinə görə, banklar ev almaq istəyən şəxslərə 50-60 milyon tümən təshilat ödəyir. Amma bu miqdar qiymət artımı səbəbindən tələbatı ödəmir. Həzrəti durumun növbəti aylarda da davam edə biləcəyini açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button