İran

İranda dörd etnik bəluç edam edildi

"Aznews" xəbər verir ki, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək edam edilən məhkumlardan biri Zahidan şəhər sakini 23 yaşlı Xalid Şəhbəxşdir.

Ötən gün təkadamlıq kameralara salınan hər dörd məhkum bu gün, dekabrın 9-u səhər saatlarında Kerman şəhər zindanında dara çəkilib.

“Aznews” xəbər verir ki, narkotik maddələrin qaçaqmalçılığında təqsirləndirilərək edam edilən məhkumlardan biri Zahidan şəhər sakini 23 yaşlı Xalid Şəhbəxşdir.

Bildirilir ki, gənc məhkum Xalid Şəhbəxş əvvəlcə 25 il həbsə məhkum edilsə də, son həftələr Şəhbəxş tayfasından olan bir neçə silahlı şəxslə yerli polis qüvvələri arasında atışma baş verməsindən sonra barəsində çıxarılmış 25 il həbs cəzası dəyişdirilərək ölüm hökmü ilə əvəzlənib.

Dar ağacından asılan digər üç etnik bəluçun adlarını müəyyənləşdirmək hələlik mümkün olmayıb.

Qeyd edək ki, İran ölkə əhalisinin sayına nisbətən həyata keçirdiyi edamların sayına görə dünyada birinci yerdədir.

Related Articles

Bir cavab yazın

Back to top button