Bölgə

İran Ermənistanla ticarət və gömrük əlaqələrini gücləndirir

İran Baş Gömrük İdarəsinin sözçüsü ölkəsinin Ermənistan və Gürcüstanla ticarət və gömrük münasibətlərini möhkəmləndirdiyini deyib.

İran Baş Gömrük İdarəsinin sözçüsü ölkəsinin Ermənistan və Gürcüstanla ticarət və gömrük münasibətlərini möhkəmləndirdiyini deyib.

“Sənaye” ajansına istinadən xəbər verir ki, İran Baş Gömrük İdarəsinin sözçüsü Seyid Ruhullah Lətifi gömrük rəisinin Ermənistana səfəri ilə bağlı deyib: “Ötən gün iqtisadiyyat nazirinin müavini və Baş Gömrük İdarəsinin rəisi nümayəndə heyət ilə birlikdə Şərqi Azərbaycan vilayətindəki Nurduz gömrük məntəqəsi ilə Ermənistanın Mehri gömrük məntəqəsinə gedib və iki ölkənin iş adamlarının üzləşdikləri ticarət, gömrük və nəqliyyat problemləri ilə yaxından tanış olub”.

O, habelə əlavə edib: “Mirəşrəfi ticarət və mal daşımalarındakı problemlərlə tanış olmaq üçün Ermənistanın yeni tranzit yolu vasitəsi ilə Yerevana səfər edib və ötən gün səhər Ermənistanın Dövlət Gəlirləri Komitəsinin sədri ilə görüşərək gömrük, ticarət və öncəki anlaşmaların həyata keçirilməsi kimi məsələlər ətrafında fikir mübadiləsi aparıb”.

İran Baş Gömrük İdarəsinin rəisi Ermənistanın infrastruktur (زیرساخت‌) naziri və habelə iqtisadiyyat naziri ilə görüş keçirib və axşam iş adamları İranın Ermənistandakı səfirliyində gömrük rəisi ilə danışıqlar aparıblar.

Qeyd edək ki, İran hər zaman, hətta Qarabağın 30 ilə yaxın işğalı dövründə də Ermənistanla müxtəlif qanuni və qeyri-qanuni yollarla əlaqələrini genişləndirmək üçün heç nəyi əsirgəməyib. İşğal dövründə İran tərəfdən Araz çayının altından qazılaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınan Qarabağ torpağına çıxış əldə edib, oradan Avropaya narkotik qaçaqmalçılığı edən İran-Ermənistan münasibətləri yəqin ki, buna ən bariz nümunələrdən biridir

Related Articles

Bir cavab yazın

Back to top button