İran

İranda erkən nikaha məcbur edilən azyaşlıların sayı açıqlanıb

1399-cu ilin yayında 10-14 yaş aralığında 9058 qızın nikahı qeydə alınıb. Bu barədə İranın Amar Mərkəzinin raporunda bildirilib. Mərkəz bəhmən ayının 12-də “İranın ictimai və fərhəngi durumu” adlı rapor dərc edib. Raporda həmin dövrdə erkən nikaha məcbur edilən qızlardan 188-nin boşandığı bildirilib. Qeyd edək ki, İranda azyaşlıların erkən nikaha məcbur edilməsi ilə bağlı nigaranlıqlar artıb. Məclisin bəzi qadın nümayəndələri evlilik yaşının dəyişdirilməsi yönündə çalışmalar aparıblar. Ancaq 1397-ci ildə təqdim olunan “Uşaqlarla evlənməyə qadağa” layihəsi İslami Şura Məclisinin Qəzai Komisionu tərəfindən rədd edilib. İran Qadınlar və Ailə İşləri üzrə müavini Məsumə İbtikarın məlumatına görə, ölkədə hər il 14 yaşa qədər 30 min qız evləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button