İran

İranda erkən nikahların sayı artıb

İranda yetkinlik yaşına çatmayanlar arasında erkən nikahların sayı artıb. Bu barədə İranın İdman və Gənclik Vəzirliyinin müavini Məhəmməd Mehdi Tondquyan bilgi verib. Vəzir bildirib ki, yeni ailə quranların vam götürmək imkanlarının genişləndirilməsi, özəlliklə yaş həddinin endirilməsi erkən nikahların çoxalmasına səbəb olur. Belə ki, deyin 30-da Məclisin Təlfiq Komisyonu evlilik vamının 70 milyon tümənədək artırıldığını bildirib. Yaş həddi azaldıqca vam məbləğinin 100 milyon tümənə yüksəldiləcəyi açıqlanıb. Yeni qərara əsasən, vam əldə etmək üçün yaş həddi oğlanlarda 25-dən, qızlarda isə 23-dən az olmalıdır.
Qeyd edək ki, İran qanunvericiliyinə əsasən, qızlar 13, oğlanlar isə 15 yaşında ikən nikaha daxil ola bilərlər.

Related Articles

Bir cavab yazın

Back to top button