İran

Seçki öncəsi atmosferin sakitliyi İran rəsmilərini narahat edib

Seçki öncəsi fəzanın sakit keçməsi İran məqamlarının narahatlığına səbəb olub. İranın Daxili İşlər vəziri Rəhmani Fəzli ölkə ustandarlarının iştirakı ilə keçirilən toplantıda çıxışı zamanı bu məsələyə toxunub. Vəzir xalqın, siyasi hizblərin və partiyaların seçkilərə ümidsiz yanaşmasından danışıb. Onun sözlərinə görə, Daxili İşlər Vəzirliyi və Əmniyyət Şurası tərəfindən seçki əmniyyəti proqramı hazırlanıb. Fəzli seçkilərlə bağlı fəzanın sakit və soyuq olmasına işarə edib. “Toplumun siyasi və ictimai fəzası hələ ki seçkilərə həssaslıq və təpki göstərməyib. Öncəki seçkilərin seçici fəallığı ilə bağlı amarı hazırkı göstəricilərdən iki qat çoxdur”,-deyə vəzir bildirib. Qeyd edək ki, İran dövlətinin İslami İnqilabdan sonra apardığı siyasət ölkənin milli sərvətlərinin talanması, insanların söz, toplaşma azadlığının pozulması üzərində qurulub. Belə ki, ölkədə yaşayan millətlər, özəlliklə Azərbaycan türkləri ana dilində təhsil imkanlarından məhrum ediliblər. İran rejimi milli, mədəni və siyasi fəalların tutuqlanması və uzun müddətli həbslərə məhkum edilməsi siyasətini yürüdür.

Related Articles

Bir cavab yazın

Back to top button