İran

İranda etiraz aksiyaları davam edir

Sentyabrın 28-də İranda etiraz aksiyaları davam edib. Bir çox əyalətlərdə internetin kəsilməsi və sosial mediaya tətbiq edilən məhdudiyyətlər məlumatların yayılmasında problem yaradıb, gecikmələrə səbəb olub.

Sentyabrın 28-i gecə saatlarında baş tutan etiraz aksiyalarında daha çox Təbriz, Yəzd, İsfahan, Tehran, Kərəc, Məşhəd, Nəcəfabad, Sənəndəc və Urmu şəhərlərində fəallıq daha çox olub.

Adı çəkilən şəhərlərdə aksiyaların səhər saat 4 radələrinə qədər davam etdiyi deyilir.

Bir neçə şəhərdə aksiyalarda fəallıq göstərən narazıların gecə və səhərə yaxın evlərinə basqın edilərək həbs ediliblər.

Related Articles

Bir cavab yazın

Back to top button