Azərbaycanİran

Qərbi Azərbaycanda SEPAH polkovniki öldürülüb

SEPAH-ın Qərbi Azərbaycan əyalətinin Sərdəşt şəhərindəki hərbi birləşməsinin zabiti Möhsün Dalvənd öldürülüb.

“Balatərin” saytının verdiyi məumata və sosial mediada yayılan xəbərlərə görə, birləşməsinin kəşfiyyat bölməsinin rəisi polkovnik Möhsün Dalvənd güllələnərək qətlə yetirilib.

Sentyabrın 28-i günorta saatlarına yaxın verilən məlumatlara görə, polkovnikin 4 mühafizəçisi də yaralı vəziyyətdə Urmu şəhər xəstəxanasına çatdırılıb.

Onların vəziyyətinin ağır olduğu bildirilir.

Qeyd edək ki, SEPAH zabiti sentyabrın 27-dən 28-ə keçən gecə güllələnib və bu xəbərin yayıldığı vaxta qədər İran rəsmiləri və mediası məsələ ilə bağlı heç bir məlumat yaymayıblar.

Adı çəkilən polkovnik bundan öncə İranın Xuzistan əyalətinin mərkəzi Əhvaz şəhərində fəaliyyət edib.

Related Articles

Bir cavab yazın

Back to top button