İran

İranda evsizlər üçün yeni dərd: Səhər saat 4-də avtobusdan düşməlidirlər

"TejaratNews"un məlumatına görə, İranda evsizlərlə bağlı xəbərlərin çıxması barədə sosial mediada yayılmış reaksiyalardan artıq üç həftə vaxt keçir.

“TejaratNews”un məlumatına görə, İranda evsizlərlə bağlı xəbərlərin çıxması barədə sosial mediada yayılmış reaksiyalardan artıq üç həftə vaxt keçir.

“Aznews tv” xəbər verir ki, Tehran Şəhər Şurasının məsələnin həllinə yanaşması, görünür, sadəcə şəhərdə bir neçə avtobus yerləşdirməkdən ibarət idi. Bu avtobusları artıq hamı “gecə avtobusu” ya da “yuxu avtobusu” adlandırır.

Tehran Şəhər Şurası içərisində gecələmək üçün sadəcə bir neçə avtobus ayırıb. Lakin yurdsuzlar bildirir ki, səhər saat 4-də qalxaraq avtobusdan düşmək məcburiyyətindədirlər.

Daha sonra onlar yenidən bilet alaraq avtobuslara minməlidirlər ki, səhərin soyuq havası keçsin və hava biraz daha isinsin.

Bütün bunlarla yanaşı nə avtobuslar, nə də sığınacaqlar evsiz insanlar üçün rahat və əmniyətli bir ev ola bilməyib. Hələlik bu insanlar qışın soyuğunda, havanın mənfi olduğu bu vaxtlarda əlacsız bir şəkildə avtobuslarda yatmağa davam edirlər.

Related Articles

Bir cavab yazın

Back to top button