Bölgə

Ərəb ölkələrinin İranla müharibə ehtimalı daha da yüksəlir

"İranın atom dövlətinə çevrilmək yönündə fəaliyyətləri, silah və raket arsenalını artırması, ekspansionist siyasət yürütməsi və digər bu kimi amillər ərəb ölkələri ilə bu ölkənin bir gün müharibəyə girişməsini qaçınılmaz edir."

“İranın atom dövlətinə çevrilmək yönündə fəaliyyətləri, silah və raket arsenalını artırması, ekspansionist siyasət yürütməsi və digər bu kimi amillər ərəb ölkələri ilə bu ölkənin bir gün müharibəyə girişməsini qaçınılmaz edir.”

“Aznews tv” xəbər verir ki, bu barədə ərəb siyasi təhlilçi Ərdürrəhman Ər-Raşidin “Əş-Şərq əl-Ousət” agentliyində dərc edilən məqaləsində deyilir.

Onun sözlərinə görə, sanksiyalar və onun meydana gətirdiyi ziyanlara baxmayaraq, İran uranı zənginləşdirməyə və ölkə hüdudlarından kənarda müharibələr aparmağa davam edir. İranın hərbi siyasətə üz tutması Yaxın Şərq regionu ölkələrini işğal etməyə hədəflənib. Bu siyasət İranın rəsmən iddia etdiyi kimi Amerika və İsraillə mübarizə üçün həyata keçirilmir. Hazırda İranın üç ərəb ölkəsində müharibə aparması da bunu təsdiqləyir.

İranla sülhə nail olmaq, müharibələrə son qoymaq və bölgədə əmniyəti yenidən bərqərar etmək mümkün olsa da, rəsmi Tehranın hərbi proqramı və davranışı ərəb ölkələrini realist düşünməyə məcbur edir.

Öncələr bəzi səbəblərə, eləcə də İraqla 8 illik müharibənin acı nəticələrinə görə İranın hansısa ölkə ilə birbaşa deyil, “proksi” qüvvələr vasitəsilə döyüşəcəyi ehtimalı daha böyük idi və ötən illərdə də hamı bunun şahidi olub. Lakin son illər maksimalist siyasət yürütdüyündən İranın birbaşa hansısa ölkəyə hücum ehtimalı da istisna edilmir.

Amma xaricdə apardığı müharibələr səbəbindən iqtisadiyyatı tamamilə çökmək üzrə olan İran rejimi davamlı olaraq daxildə xalq etirazları ilə üzləşir. Bu etirazlar təkcə İrandan ayrılaraq müstəqil olmaq istəyən xalqlar tərəfindən təşkil edilmir, eləcə də Tehran və Qum kimi fars şəhərlərində, havelə rejimə xidmət edənlər tərəfindən də keçirilir.

Hazırda mövcudiyyətinə qarşı ən böyük təhdid olan daxili vəziyyəti düzəltmək üçün İran rejiminin hər hansı bir xaricdə hərbi əməliyyatlarda qələbə qazanmaqla daxildəki durumu manipulyasiya etmək fikrinə düşdüyü ehtimal edilir.

İbrahim Rəisi kimi şəxsin hakimiyyətə gətirilməsi də Tehranın iqtisadi islahatlar aparmaq deyil, sırf müharibə niyyətindən xəbər verir

Related Articles

Bir cavab yazın

Back to top button