İran

İRANDA İKİ İSVEÇ VƏTƏNDAŞI UYUŞDURUCU İTTİHAMI İLƏ HƏBS EDİLİB

İran 2 Sued vətəndaşının uyuşdurucu maddələr qaçaqçılığı ittihamı ilə tutuduğunu bildirib.
Sipah Pasdarana bağlı Təsnim Xəbər Ajansı tir ayının 11-i tarixində İranda 2 suedli vətəndaşın uyuşdurucu maddələrin qaçaqçılığı ittihamı ilə tutulduqlarını bildirib.
Bu xəbərə əsasən, həmin vətəndaşlar İranda yenicə kəşf olunmuş “beynəlmiləl uyuşdurucu maddələr bandının baş üzvləridəndirlər.
Bu banddan kəşf olunmuş iri məhmulənin böyük qismi “xətərli sənaye tolidi uyuşdurucu maddəsi” olub.
Amma Sipahın dediyi bu bandın kəşf və dağıdılması vaxtı açıqlanmayıb.
İranın və ya Suedin rəsmi dövlət adamları bu xəbərə hələ mövqe bildirməyiblər.
Bildirək ki, İranda xarici vətəndaşların, xüsusilə də avropalı və amerikalıların müxtəlif ittihamlarla tutuqlanmaları yeni bir məsələ deyil. İran belə bir tutuqlamalardan ölkələrdə saxlanılan öz zindanilərinin dəyişməsi üçün daima istifadə edib.
Hal hazırda saxta adı Həmid Abbasi olan İranın məhkəməsinin keçmiş dadyarı Həmid Nuri İranda 67-ci ildə müxaliflərin edam olunmalarında iştirak etmə müttəhimi olaraq Sueddə zindandadır.
Həmid Nuri, ötən ilin Aban ayında, Suedin bir məhkəmənin çıxardığı hökmü ilə tutuqlanıb və onun həbsdə saxlanılması müddətinin vaxtı bir neçə dəfə uzadılıb.

Related Articles

Bir cavab yazın

Back to top button