İran

İranda işsizlərin yüzdə 40-dən çoxu ali təhsillilərdir

Bu ilin bahar aylarında qeydə alınmış amar rəqəmlərinə görə, İranda işsiz əhalinin yüzdə 40.3-ü danişgahda təhsil almış şəxslərdir.

Bu barədə İranın Amar Mərkəzinin yaydığı xəbərdə deyilir.

Bilgilərə görə, İranda danişgah təhsili almış vətəndaşlardan 924 min 394 nəfər hal-hazırda işsizdir. Bu isə onu deməyə əsas verir ki, bu ilin yaz aylarında qeydə alınmış rəqəmlər ölkədə təhsil alanların yüzdə 13.4-nün işsizlik problemi ilə üzləşdiyini göstərir.

İş tapa bilməyən ali təhsilli xanımların sayı kişilərin sayını üstələyir. Belə ki, ali təhsilli kişilərin sayı 449 min 412, xanımların sayı isə 474 min 982 nəfərdir.

Yüzdə(faiz) baxımından bütün ali təhsilli kişilər içərisində işsizlərin göstəricisi yüzdə 9.4, xanımlar üzrə isə yüzdə 22.4-dür.

Related Articles

Bir cavab yazın

Back to top button