İran

İranda işsizlik səbəbindən intihar edənlərin sayı artıb

Kohgiluye və Boyer-Əhməd vilayətinin Dişmuk şəhərində son 3-4 ildə 60 nəfər intihar edib. Bu barədə Şəhər Şurasının üzvü Salman Bina bilgi verib. O, Dişmukun “intihar” və “özünü yandırma” şəhəri kimi tanındığını qeyd edib. Son illərdə bu bölgədə qadınlar arasında intihar hallarının artmasına diqqət çəkib. Belə ki, qadınlardan yüzdə 35-i intihar səbəbindən dünyasını dəyişib. Şəhər şurasının üzvü Dişmuk sakinlərinin yoxsulluq, işsizlik, içməli su, qızlar üçün mədrəsə və xabqahın olmaması kimi müşküllərdən söz açıb. “Burada sakinlər təməl yaşayış imkanlarından məhrumdurlar. Kəndlərdə yaşayan qadınlar içməli su gətirmək üçün bir neçə kilometr yol getməli olurlar. İntihar edən gənc qızların çoxu təhsil almır və işsizdir”,-deyə Salman Bina diqqətə çatdırıb. O, şəhərdə son bir ayda üç intihar hadisəsinin qeydə alındığını bildirib.

Related Articles

Bir cavab yazın

Back to top button