İran

İRANDA KORONAVİRUSA TUTULANLARIN SAYI ARTIB

İranda koronavirusa tutulanların sayı yenə artıb.
Bu barədə İran Behdaşt Vəzirliyinin sözçüsü Kiyanuş Cahanpur bildirib.
Onun sözlərinə görə, ölkədə daha 2 043 nəfərdə koronavirus tapılıb. Bununla da İranda tutulma faktlarının sayı 173 832-yə çatıb.
K.Cahanpur bildirib ki, ölkədə koronavirusdan ölənlərin sayı daha 70 nəfər artaraq 8 351 nəfərə yüksəlib.
O həmçinin 2 619 mərizin vəziyyətinin ağır olduğunu vurğulayıb.
Bundan başqa, indiyədək 136 360 nəfər sağalaraq mərizxanadan evə buraxılıb.
Xatırladaq ki, koronavirus infeksiyonu ötən ilin desambrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyonuna indiyədək tutulanların sayı 7,1 milyonu ötüb. Bunların 3,4 milyon nəfərdən çoxu sağalıb, 406 mindən çoxu isə ölüb.
Ümumdünya Behdaşt Təşkilatı (ÜST) fevralın 11-də infeksiyonunun adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemi elan edib.

Related Articles

Bir cavab yazın

Back to top button