İran

ZİNDANİLƏRİN DƏYİŞDİRİLMƏSİNƏ BAŞLANILDI

İran Amerika ilə zindanilərin dəyişdirilməsinə hazırdır. İran dövlətinin sözçüsü Əli Rəbii xurdad ayının 19-u tarixində bu barədə deyib ki, “Amerikada cürm törətmiş iranlıların dəyişdirilməsinə başlanılıb. 3 iranlı- Süleymani, Tahiri və Əsgəri adlı alim, doktorlar Tehrana qaytarılıb.
“Biz ümid edirik ki, Amerikada zindana salınmış iranlıların qaytarılması gedişi davam edəcək. İran Amerika ilə zindanilərin dəyişdirilməsinə tam amadədir və qəbul olunmazsa məsuliyyəti Amerika dövlətinin öhdəsinədir”-deyə o vurğulayıb.
Əli Rəbii Trampın İranı danışıqlara dəvət etməsi barədə sualını isə belə cavablayıb: “Biz Trampın müzakirə dəvətinin nümayişdən savayı bir şey olduğuna əmin deyilik”.

Related Articles

Bir cavab yazın

Back to top button