az

İranda koronavirusla bağlı son vəziyyət açıqlanıb

İranda son 24 saatda yeni növ koronavirusdan 212 nəfər həyatını itirib. Bu barədə İran Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İranda koronavirusdan ölənlərin sayı 53 095 nəfərə yüksəlib. Ötən gün koronavirusa yoluxanların sayı isə daha 7 453 nəfər artaraq 1 138 530 nəfər olub.
İranda indiyədək xəstəlikdən 856 513 nəfər müalicə olunaraq sağalıb.
Hazırda virus daşıyıcısı olan xəstələrdən 5645 nəfərin vəziyyəti ağır və ya orta ağır olaraq qiymətləndirilir.

Related Articles

Bir cavab yazın

Back to top button