İran

Qulamhüseyn İsmailidən mətbuatla bağlı açıqlama

Mətbuat camiəsinə qırmızı xətləri qorumağı tövsiyə edirik. Cürm törədilirsə onun baxılması bizim əsas vəzifəmizdir. Bu sözləri məhkəmə sisteminin sözçüsü Qulamhüseyn İsmaili mətbuat konfransındakı çıxışında deyib. Bildirilib ki, heç bir ruznamə və ya media orqanı məhkəmə tərəfindən toqif edilməyib. “Media orqanları qanunlara riayət etsinlər. Bu məsələ ilə bağlı qanun pozuntuları baş verdikdə Mətbuata Nəzarət Şurası və İrşad vizarəti vəzifələrini layiqincə yerinə yetirməlidir. Beləliklə, sıra məhkəməyə çatmayacaq” deyə o, bildirib. Qeyd edək ki, məhkəmə sisteminin rəisi qanun pozuntusu dedikdə hansı cürmləri nəzərdə tutduğu barədə heç bir məlumat verməyib. Xatırladaq ki, hazırda dünyanın ən çox jurnalist zindaniləri İrana aiddir. Belə ki, illərdir yüzlərlə mətbuat orqanı toqif edilib.

Related Articles

Bir cavab yazın

Back to top button