İran

İranda kuponla çörək satışı başladı

Ölkədə çörəyin qiymətinin bahalaşması ilə eyni vaxtda, onun tədarükü də məhdudlaşaraq kuponla çörək satışlarına start verilib.

Dövlət rəsmiləri Zəncan vilayətində başlayan kuponla çörək satışlarını müxtəlif yollarla adi bir hal kimi göstərməyə çalışırlar. Çünki çörəyin bahalaşması və kuponla alınması onu göstərir ki, bundan sonra yoxsul əhalinin böyük bir qisminin çörəyi almaq imkanı belə olmayacaq.

Zəncan vilayətinin Taxıl İdarəsinin rəsmisi Səttar Rəhməti çörəyin qiymətinin bahalaşmayacağını, lakin ailələrə sayla veriləcəyini deyib. Bu planın yoxsul təbəqə üzərindəki ağır nəticələri ilə bağlı cavab vermək istəməyən Rəhməti sadəcə əlavə edib ki, bu layihənin həyata keçirilməsi çörək subsidiyasını hədəfləndirilməsidir.

Lakin həqiqət bundan ibarətdir ki, bundan sonra hər bir subsidiya kartı ilə yalnız iki ədəd çörək veriləcək. Əgər bir ailə daha çox çörək almaq istəsə, onu bazar qiyməti ilə almalıdır. İranda çörək artıq kuponla satılır və bunu “norma ilə vermək” adlandırırlar, qiymətini də bahalaşdırıblar ki, bunu çörək subsidiyasının hədəfləndirilməsi hesab etsinlər.

Related Articles

Bir cavab yazın

Back to top button