Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda nikahların 45%-dən çoxu uğursuzdur

Statistikaya görə İranda hər üç evlilikdən biri boşanma ilə nəticələnir.

Ötən illərə nisbətən İranda boşanma sayı artıb və statistikaya görə hər üç evlilikdən birinin boşanma ilə nəticələndiyini göstərir.

Statistikaya əsasən 2011-ci ildən 2020-ci ilə kimi olan müddət ərzində ölkədə boşanmaların sayı orta hesabla 28% artıb.

İran prezidentinin Qadın və Ailə Məsələləri üzrə müavininin Planlaşdırma və Koordinasiya işləri üzrə müavini Əthərə Nəjadi problemin həlli və cəmiyyətin artımının təmin edilməsi üçün milli plan üzərində işlədiklərini deyib.

Qeyd edək ki, martın sonlarında İran Statistika Mərkəzinin yaydığı məlumata görə, son 10 il müddətində İranda evlənmə sayının 33% azaldığı, boşanma sayının isə 22% çoxaldığı qeyd olunub.

2012-ci ildə 829968 min nikah qeydə alınmasına baxmayaraq, bu rəqəm 2021-ci ildə 556731 olaraq qeyd olunub.

Bununla yanaşı eyni ildə 150324 boşanma faktı olduğu halda 2021-ci ildə bu 183193 olaraq göstərilib.

Bunun qarşısını almaq və gəncləri evlənməyə sövq etmək üçün İbrahim Rəisinin noyabr ayında irəli sürdüyü təkliflər və ailə quranlara əlavə kredit və imtiyazların verilməsi ilə bağlı layihə formal xarakter daşıdığı üçün problemin həllinə yardım etməyib.

Related Articles

Bir cavab yazın

Back to top button