Azərbaycanİran

“İranda ox yaydan çıxdı” – Güneyli analitikdən ÖZƏL ŞƏRH

Yayılan məlumatlara görə, İranın Prezident Administrasiyasının daxili elektron sistemi haker hücumu nəticəsində sıradan çıxıb. Sonradan hakimiyyət bu xəbəri təkzib etsə də, president administrasiyasına aid bəzi məxfi sənəd və yazışmalar social şəbəkədə paylaşılıb.

“Məlumatlara əsasən, son illər ərzində olan yazışmalar, Prezident Administrasiyanın on minlərlə gizli və çox gizli sənədləri, administrasiyanın əsas elektron poçt ünvanına giriş sistemi ələ keçirilib”.

Bu sözləri Cənubi Azərbaycandan olan siyasi analitik Elyar Kamrani Ednews-a açıqlamasında deyib.

O, bildirib ki, bir qrup şəxsin haker hücumu nəticəsində İran Prezident Administrasiyasının daxili elektron sisteminə sıradan çıxdığı iddia edilir.

“Oradan çox sirli sənədlər əldə edilib. İran sisteminin bu kimi hücuma məruz qalması onun gücsüzlüyünün nümunəsidir. Nə qədər iddia edilsə ki, İran hökuməti və dövləti güclənib, bu olduqca yalandır. Hər bir qrup haker hücumu edə bilirsə, demək ki, dövlətin təhlükəsizlik sistemi güclü deyil. Burada çoxlu önəmli məsələlər üzə çıxıb”.

Siyasi analitik İranın Azərbaycana qarşı çirkin bir siyasəti olduğunu vurğulayıb:

“Bu məsələlərdə həmin gizli sənədlərdə aşkara çıxıb. İranın ən önəmli qurumlarının gücsüz olduğunu görürük. Yəni, bu özü də İrana qarşı bir etirazdır. Hər gün İranda çoxlu etirazlar davam edir. Dünən Tehran və Təbriz universitetlərində etirazlar davam edirdi. Bunlar hamısı onu göstərir ki, İran edam və həbs etməklə  əhalini qorxuda bilmir. İranda ox yaydan çıxıb. Yavaş-yavaş hakimiyyətin sonu gəlib. İşgəncələr nə qədər çox olursa olsun, millət  bütün bunları gözə alır”.

Aysel Şahmar

Related Articles

Bir cavab yazın

Back to top button