İran

İranda polis əməkdaşlarına münasibət

Son günlər İran məqamlarının polis əməkdaşlarına münasibəti, onlarla rəftarı mübahisə mövzusuna çevrilib. Sözügedən məsələ Tehranda millət vəkilinin yol polisinə qarşı kobud rəftarından sonra geniş müzakirələr səbəb olub. Belə ki, Səbzəvar millət vəkili Əliəsğər Ənabestani otobusların hərəkəti üçün ayrılmış zolaqda şəxsi otomobilini idarə etdiyi üçün yol polisi tərəfindən saxlanılıb. Məsuliyyətə cəlb olunması ilə barışmayan sürücü yol polisi əməkdaşını ağır formada təhqir edib. Olay zamanı 22 yaşlı Abid Əkbər fiziki zorakılığa məruz qalıb. Baş verənlər ətrafdakı insanlar tərəfindən videolentə alınıb. Sosial şəbəkələrdə sürücünün yol polisi əməkdaşını təhqir etməsini özündə əks etdirən görüntülər yayılıb.
Xəbər qısa müddətdə İran mətbuatının gündəminə çevrilib. Sosial media istifadəçiləri baş verənləri pisləyərək, millət vəkilinin bu hərəkətinin qəbuledilməz olduğunu bildiriblər. Zərərçəkmiş şəxs Abid Əkbər məsələ ilə bağlı “Etimad” qəzetinə müsahibə verib. Yol polisi qanunvericiliyin istəklərinə uyğun şəkildə millət vəkilini saxladığını açıqlayıb.
Qeyd edək ki, bu halın İranda dəfələrlə təkrarlanması hakimiyyət nümayəndələrinin polis əməkdaşlarına qarşı münasibətini bir daha gündəmə gətirir.

Related Articles

Bir cavab yazın

Back to top button