Dünya

Vladimir Putinlə Co Bayden arasında telefon danışığı olub

Rusiya Prezidenti Vladimir Putinlə Amerika Prezidenti Co Bayden arasında telefon danışığı olub. Bu barədə Kremlin mətbuat xidməti bilgi yayıb. Rusiya başçısı Baydeni prezidentlik fəaliyyətinə başlaması münasibətilə təbrik edib. Tərəflər ikitərəfli münasibətlərin normallaşdırılması, əmniyyət və sabitliyin dəstəklənməsini müzakirə ediblər.
Prezidentlər Strateji Hücum Silahları Müqaviləsinin müddətinin uzadılması ilə bağlı fikir mübadiləsi aparıblar. Danışıqlar zamanı Amerikanın Açıq hava Müqaviləsindən birtərəfli qaydada çıxması məsələsinə də toxunulub. Habelə İranın atom proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planının qorunması probleminə də diqqət çəkilib.

Related Articles

Bir cavab yazın

Back to top button