İran

İranda prezident seçkilərinə namizəd tanınmış siyasi fəal həbs edildi

O, iyulun 8-i gecə saatlarında saxlanılıb.

İranda 2021-ci il prezident seçkilərinə namizəd, siyasi fəl və keçmiş siyasi məhbus Mustafa Taczadə iyulun 8-i gecə saatlarında həbs olunub.

Onun həbsinin İran İnqilab Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin əməkdaşalrı tərəfindən həyata keçirildiyi deyilir.

İranın keçmiş islahatçı prezidenti Məhəmməd Xatəmi dövründə daxili işlər nazirinin müavini olan Taczadənin həbsi barədə xəbəri İranın rəsmi dövlət mediası təsdiqləyib.

İranın yarım rəsmi “Mehr” xəbər agentliyi Mustafa Taczadənin həbsinin “ölkənin milli təhlükəsizliyinə qarşı əlbir olmaq” və “yalan məlumat yaymaqla ictimai rəyi çaşdırmaq” ittihamları əsasında baş verdiyini yazıb.

Siyasi fəalın həyat yoldaşı Fəxrülsadat Möhtəşəmipur həbslə bağlı yaydığı qısa video müraciətdə Mustafa Taczadənin başına gələ biləcək bütün hadisələr üçün bir başa Əli Xaməneyinin məsuliyyət daşıyacağını deyib.

Qeyd edək ki, Mustafa Taczadə İranda Əli Xaməneyini sərt tənqid edən tanınmış şəxslərdən biridir.

O, 2009-cu ildə İranda keçirilən qalmaqallı prezident seçkilərində həbs olunaraq 7 il zindana salındı.

Taczadə zindandan Əli Xaməneyiyə yazdığı açıq məktubda onu sərt tənqid edərək ölkədə baş verən çatışmazlıqlar və cinayətlərə görə, onun şəxsən məsuliyyət daşıdığını yazmışdı.

Related Articles

Bir cavab yazın

Back to top button