İran

Tehranda tanınmış kinematoqrafçılar saxlanıldı

Onlar sosial mediadakı paylaşımlarına görə həbs edilibər.

İranın tanınmış rejissorları Məhəmməd Rəsulov və Mustafa Al-i Əhməd Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) məmurları tətərindən saxlanılıb.

kinematoqrafçıların ölkədə baş verən son etiraz aksiyaları, Xuzistanda “Metropol” ofis binasının uçmasından sonrakı narazılıqlar və bir qrup iranlı kinematoqrafçının polis qevvələrinə “silahını yerə qoy” başlıqlı bəyanatının dərcinə, sosial mediada etdikləri paylaşımlara görə həbs edildikləri bildirilir.

Qeyd edək ki, mayın 29-da 100 rejissor və kinematoqrafçının “silahını yerə qoy” başlıqlı bəyanatından sonra İranın təhlükəsizlik məmurları bəyanatı imzalayanları təhdid etməyə başlayıblar.

Qeyd edək ki, adı çəkilən bəyanatda müəlliflər silahlı qüvvələri və polisləri silahlarını yerə qoymağa və xalqa qarşı başladılan repressiyalarda iştirak etməməyə çağırıb.

Related Articles

Bir cavab yazın

Back to top button