İran

İranda siyasi fəallar etiraz aksiyası keçiriblər

İranda bir qrup siyasi fəal məhbusların təkadamlıq sellullara salınmasına etiraz edərək, bunun işgəncə növü olduğunu bildiriblər. Belə ki, fəallar bazar günü Məhkəmə Dəftərinin qarşısında toplaşaraq, həbs edildikləri zaman onların təkadamlıq sellula atılmasını əmr edən və həyata keçirən məmurlara qarşı iddia ilə çıxış ediblər. Aralarında həbs cəzası çəkmiş bir sıra tanınmış şəxslərin də olduğu bu fəallar təkadamlıq sellulların qadağan edilməsini tələb ediblər.
Siyasi və mədəni fəalların imzaladığı açıqlamada “təkadamlıq sellullarda həbsdə qalan bir çox müttəhimin fiziki və ruhi mərizliklərdən əziyyət çəkdikləri” vurğulanıb.
“Təkadamlıq sellulda mənəvi-ruhi işgəncə altında məcburi etirafların alınması məhkəmələr tərəfindən ağır həbs və hətta edam cəzalarına yol açıb”, – deyə etirazçılar bildiriblər

Related Articles

Bir cavab yazın

Back to top button