İran

Şərqi Azərbaycanda layihələrə ayrılan vəsaitin həcmi açıqlanıb

Təbriz, Mərənd, Sərdəri, Azərşəhr, Bostan Abad, Vərziqan və Heris şəhərlərində ayrıntılı layihələrə 122 milyard rial etibar ayrılıb. Bu barədə Şərqi Azərbaycanın Şəhərsalma və Memarlıq Baş İdarəsinin müavini bildirib. Babək Nəcəfian etibarın İranın Şəhər Yeniləşdirmə Şirkətinin daxili qaynaqları tərəfindən təmin edilyini deyib. O, sözügedən şəhərlərdə yeniləşdirmə işlərinin nüfuzlu müşavir mühəndis şirkətləri tərəfindən icra ediləcəyini qeyd edib. Şəhərsalma və Memarlıq Baş İdarəsi, habelə seçilmiş müşavir mühəndis şirkətləri ilə Təbriz, Mərənd və Sərdəri layihələrinin hazırlanması məqsədilə müqavilə imzalanıb. Bostan Abad, Vərziqan və Heris şəhərləri üçün isə müqavilə bu ilin isfənd ayının sonuna kimi bağlanacaq.

Related Articles

Bir cavab yazın

Back to top button