İran

İranda təhlükəsizlik çöküşü yaşanır-İddia

Keçmiş İsrail və Amerika təhlükəsizlik məsullarından bir qrup, sepahın himayəsi altında çalışan İranda atom təsisatlarına qarşı edilən son əməliyyatlardan sonra “təhlükəsizlik çöküşünün” olduğunu bildirib. İsrail qəzetinin verdiyi məlumata görə, İranın təsisatları son iki həftə ərzində yeddi dağıdıcı əməliyyatın şahidi olub. Xatırladaq ki, bunlardan ən sonuncusu Nətənz zənginləşdirmə qurğusunun partlamasıdır.

Qəzet təhlükəsizlik təhlilçilərinə istinadən bildirib ki, sepah 1389- 92-ci illər arasında İsrail ilə Amerika təhlükəsizlik pozuntularına qarşı mübarizədə uğurlar qazanıb.

Ancaq son illərdə İranın təhlükəsizlik təbəqələrində bir tıxanma və ya Şekaf əlamətləri var. Qəzetinin verdiyi məlumata görə, təhlükəsizlik çöküşünün ilk əlamətləri iki il öncə İsrailin Tehranın güneyindəki gizli mərkəzindən atom proqramı ilə bağlı məxfi sənədləri oğurladığı zaman məlum olub.

Ceruzalem Postun qeydinə görə, 2 sual yaranır: İranın atom proqramına qarşı bu həmlələri nə qədər davam edə bilər? Bu işləri dayandırmaq üçün İranı razılığa gəlməyə məcbur etmək mümkündürmü?

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close