İran

İranda təqaüdçülər kütləvi etiraza hazırlaşırlar

İranın müxtəlif vilayətlərində fəaliyyət göstərən 29 təqaüd təşkilatı gələn bazar günü, fevralın 13-də etiraz aksiyası keçirməyə çağırış edib.

İranın müxtəlif vilayətlərində fəaliyyət göstərən 29 təqaüd təşkilatı gələn bazar günü, fevralın 13-də etiraz aksiyası keçirməyə çağırış edib.

“Aznews tv” xəbər verir ki, onlar təqaüdlərin və bayram əlavələrinin məbləğinin artırılması, eləcə də təqaüdlərin məbləğinin eyniləşdirilməsi qanununun tətbiqini tələb edirlər.

Təqaüdçü işçi İsmayıl Geraminin azadlığa buraxılması da təqaüdçülərin irəli sürdükləri 7 tələb içərisindədir.

Xatırladaq ki, təqaüdçülər həftənin bazar günləri müxtəlif şəhərlərdə dəfələrlə ölkə boyu kütləvi etiraz aksiyaları keçirsələr də, hökumət onların etirazlarını zorakılıqla dağıdıb və problemin həlli istiqamətində heç bir ciddi addım atılmayıb.

Eyni zamanda qeyd etmək lazımdır ki, ölkədə müəllimlər və elm xadimləri də fevralın 12-16-da məktəblərdə dərsləri dayandıracaqlarını və fevralın 17-də kütləvi etiraz aksiyaları keçirəcəklərini elan ediblər.

Related Articles

Bir cavab yazın

Back to top button