İran

Rəisi: Əhali doğru deyir, maaşları azdır, lakin biz nə edək?

İran prezidenti İbrahim Rəisi yanvarın 25-də ölkənin dövlət televizyonuna müsahibəsində iddia edib ki, guya onun hökuməti bir sıra malların qiymətini nəzarətə ala bilib.

İran prezidenti İbrahim Rəisi yanvarın 25-də ölkənin dövlət televizyonuna müsahibəsində iddia edib ki, guya onun hökuməti bir sıra malların qiymətini nəzarətə ala bilib.

“Aznews tv”ın xəbərinə görə, o, açıqlamaları zamanı özü də xalqın maaşlarının az olduğunu etiraf edib və bu barədə deyib: “İnsanlar maaşlarının az olduğunu doğru deyirlər, ancaq biz nə edək?”.

O, ölkədə inflyasiya və qimət artımları ilə bağlı habelə iddia edib: “Hazırda iqtisadi artımın əlamətləri görünür”.

Müsahibə zamanı İbrahim Rəisi hökumətdə “qohumluq” prinsipinin üstünlük təşkil etməsi məsələsini inkar etsə də, qeyd etmək lazımdır ki, Rəisi hökumətində də, bundan öncəki hökumətlərdə də qohumluq əsasında işə təyin edilmə halları hətta millət vəkilləri tərəfindən də dəfələrlə təsdiq edilib.

Related Articles

Bir cavab yazın

Back to top button