İran

İranda yaşayan xristianlar etirazçılara qarşı repressiyaları pisləyib

300-dən çox xristian vətəndaşın imzaladığı bəyanatda etiraz aksiyalarına qoşulanlara qarşı amansız davranışa görə İran hökuməti tənqid olunub.

İranda 300-dən çox xristian vətəndaş, ümumölkə etirazlarla həmrəy olduqlarını bildirən bəyanatını yayaraq, İslam Respublikası tərəfindən etirazçı insanlara qarşı şiddətli repressiyaları pisləyiblər.

Onlar bəyanatlarının bir hissəsində “İran daxilində və xaricində, virtual və real məkanda hələ də bir-birimizin yanındayıq və bunu davam edəcəyik” sözlərini yazıblar.

Bəyanatın bir hissəsində İslam Respublikası ilə xristian vətəndaşlar arasında son 40 ildə baş verən şiddətli toqquşmalar xatırladılıb.

“Biz bir-birimizin yanındayıq, bunu davam edəcəyik və heç nədən qorxmuruq. Biz özümüzü cəmiyyətin bir parçası hesab etdiyimizə və ondan ayrı olmadığımıza görə, hələ də ümumölkə etirazlarda, İran daxilində və xaricində, virtual və real məkanda insanların hüquqları uğrunda həmrəyik. Biz də İranın əsirlikdən və zülmətdən azad olması uğrunda aparılan mübarizədə çəkiləcək bütün əziyyətlərdə şərikik”,- deyə, 309 xristianın imzaladığı bəyanatda bildirilib.

Bəyanatın sonunda İranda yaşayan bütün xristianların etiraz aksiyalarına qoşulmaları və başqa xalqlarla birgə İslam Cumhuriyyətinə qarşı mübarizə aparmaları istənilib.

Related Articles

Bir cavab yazın

Back to top button