İran

İranın Çabahar şəhərində etirazçılar dövlət idarələrinə girib, fərmandarlığın yandırıldığı deyilir

Əhalisinin etnik sünni məzhəbli bəluçlardan ibarət olan və İranın cənub şərqində yerləşən Sistan-Bəluçistan əyalətinin Çabahar şəhəriə etiraz aksiyaları güclü toqquşmalarla müşayiət olunur

Ölkədə baş qaldıran kütləvi etiraz aksiyalarına dəstək və 15 yaşlı yeniyetmə bəluç qızın polis rəisi tərəfindən zorlanmasına etiraz edən bəluçların aksiyaları genişlənib.

Gecə saatlarında Çabahar şəhərinin mərkəzində etirazçılara qarşı davamlı atəş açıldığı, qəzəbli bəluçların bir neçə dövlət idarəsini ələ keçirdiyi, fərmandarlıq binasını yandırıldığı bildirilir.

Qeyd edək ki, bir müddət bundan öncə Rask şəhərinin polis rəisi Çabahardan olan 15 yaşlı yeniyetmə qızı dindirmək adı ilə kabinetinə apararaq onu zorlayıb.

Tanınmış bəluç din xadimlərindən və Rask şəhərinin sünni cümə imamı Əbdülqafar Nəqşbəndinin məsələ ilə bağlı açıqlamasından sonra bəluçlar polis komandirinin cəzalandırılması istəyi ilə aksiyalar keçirməyə başlayıblar.

Yeniyetməyə qarşı polis komandirinin zorakılığının üstündən bir ay keçməsinə baxmayaraq rəis barədə tədbir görülməməsi, rəsmilərin mövqe bildirməməsin etnik bəluçları dahada hiddətləndirib.

Onlar islam adı altında insanları edama məhkum edən, hicaba görə gənc qızları öldürən Tehran rejiminin 15 yaşlı uşağa qarşı edilən təcavüzkar barədə ölçü götürməməsini sünni bəluçlara qarşı ayrı-seçkilik və təhqir kimi qəbul etdiklərini bildirirlər.

Related Articles

Bir cavab yazın

Back to top button