Araşdırma & Təhlilİran

İranda yaşlı əhalinin sayı artıb

İran hazırda 83 milyon əhalisi ilə bölgənin ən çox cəmiyyəti olan ölkələrdən biridir. Çağdaş dövrdə güclü bir ölkə olmağın şərtləri dəyişib. Ancaq hələ də cəmiyyət bir güc faktoru olaraq qəbul edilir. Gəlişmiş teknolojiyə sahib Batı ölkələri də cəmiyyətlərinin sayını artırmağa çalışırlar. Bəllidir ki, doğumların sayının azalması və əhalinin getdikcə yaşlanması nigaranedici durumdur. Elə bu zaman güc mənbəyi sayılan cəmiyyət gücsüzlük səbəbi ola bilər. Bu durum İran kimi ölkələrdə də özünü göstərməyə başlayıb. Ölkədə 1360-cı illərdə gənc nüfuzun sayı olduqca çox idi. Halbuki, İran bu iş gücündən gəlişmək üçün faydalanmaqdansa, onların dolanışığını təmin etməkdə ciddi müşkülə düşdü. 1360-cı illərdə başlayan cəmiyyət artımı bir sıra ehtiyacların qıtlığına, o cümlədən mədrəsə çatışmazlığı ilə gənclərin işsizliyinə səbəb oldu. İndi isə hakimiyyət cəmiyyətin yaşlanmasına görə ictimai xidmət lə əməklilik dərdinə düşüb.
İllərdir İranda “az uşaq, rahat yaşayış” şüarı ilə cəmiyyətin artmasının qarşısını almağa çalışdılar. Toplumun ailə və uşaq sahibi olmaqla ilgili kültürünün dəyişməsi isə yeni məsələlərə yol açdı. 1365-ci ildə 49 milyon cəmiyyəti olan İranda ortalama yaş 22-i idi. 1395-ci ildə 80 milyon nəfər əhalisi olan ölkədə ortalama yaş həddi 31-ə yüksəldi. Cəmiyyət uzmanlarının hesablamalarına görə, 1430-ci ildə əhalisinin sayı 94 milyona yüksələcək İranda ortalama yaş həddi 44 olacaq. Bununla da 30 milyon nəfərdən çox insanın yaşı 60-dan yuxarı olacaq. Beləliklə, İran 20-30 ildən sonra həm bölgə, həm də dünyanın ən yaşlı cəmiyyəti olan ölkəsinə çevriləcək. Bundan başqa, ölkədəki ictimai, iqtisadi ilə siyasi durum gənclərin xarici ölkələrə mühacirətini kəskin artırıb. Təbii ki, təhsilli gənclərin xarici ölkələrə üz tutması İranın gəlişməsinə pis təsir edir. Əli Xa:məneyi illərdir cəmiyyət siyasətlərinin yanlış olduğunu dilə gətirərək dəyişdirilməsini istəyir. Ötən il Xa:mənəyei İrandakı imkanların hətta 150 milyon nəfər üçün də yetərli olduğunu iddia etdi. Ancaq gənclərin ailə həyatı qurmaqla ilgili müşkülləri millətin həmin imkanlardan məhrum edilməsinin sübutudur. 1398-ci ilin amarına görə, İranda kişilərin ortlama evlilik yaşı 29, xanımların isə 24 olub. Ancaq evlilik yaşı dəqiq araşdırılınca bəzi ziddiyyətli məsələlər üzə çıxır. Belə ki, İranda azyaşlıların erkən evlənməyə məcbur edilməsi bilinən məsələdir. Bu kimi durumlar boşanmaların artmasına da səbəb olub. Yaxın gələcəkdə İran qonşu ölkələrlə müqayisədə ən çox yaşlı əhalisi olan ölkəyə çevriləcək. Vurğulayaq ki, 150 illik müstəmləkə dönəmində Güney Azərbaycan tarixi bir şəkildə lazimi sərmayədən məhrum edilib. Bu, işsizlik, xarici ölkələrə köç ilə yoxsulluq kimi müşküllərə şərait yaradıb.

Related Articles

Bir cavab yazın

Back to top button